Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
SAXAL kəşfiyyat məlumatlarından sonra “Əş-Şifa” xəstəxanasında hərbi əməliyyata başlayıb
İsrail Müdafiə Qüvvələrinin (SAXAL) Qəzza zolağında “Əş-Şifa” xəstəxanasında hərbi əməliyyat başlatdığını elan edib.
Bu barədə İsrail ordusunun mətbuat xidmətinin bəyanatında deyilir.
Məlumata görə, hərbçilər müəssisənin Fələstinin radikal HƏMAS hərəkatının yüksəkrütbəli üzvləri tərəfindən terror fəaliyyətləri üçün istifadə edildiyini göstərən kəşfiyyat məlumatları alıblar.
“Əməliyyat zamanı terrorçular xəstəxananın içindən hərbçilərə atəş açıblar. Qoşunlarımız atəşlə cavab verib. Hərbçilərimiz xəstəxananın ərazisində əməliyyatlarını davam etdirirlər”, - deyə məlumatda bildirilib.
“Al Jazeera” telekanalı öz növbəsində bildirib ki, “Əş-Şifa” xəstəxanasının cərrahiyyə binasında yanğın başlayıb.
Qeyd olunub ki, israilli hərbçilər səsgücləndiricilər vasitəsilə xəstəxanaya sığınan yüzlərlə insanı təxliyə olunmağa çağırırlar.
Rəylər