İndoneziyada dul qadın səkkiz kişi tərəfindən zorlanıb – bu, evli kişi ilə sevişdiyi üçün ona verilən cəza idi. Bundan başqa, qadını hələ cəmiyyət içində dəyənəklə döyəcəklər.
Oxu.Az The Daily Mail-ə istinadən xəbər verir ki, təcavüzçülər cütlüyü qadının evində bir yerdə tutublar.
Bu hadisə İndoneziyanın şimal əyaləti Banda-açexdə baş verib. Qadını 40 yaşlı evli kişi ilə “icazə verilməyən seksual münasibətlərdə” olmaqda ittiham ediblər.
Cütlük bir yerdə tutulduqdan sonra qadını dəfələrlə zorlayıblar. Sonra isə polis məntəqəsinə apararaq şəhvətdə və şəriət qanunlarını pozmaqda ittiham ediblər. Polis məntəqəsində zorlanma faktı aşkarlanıb.
Təcavüz edənlərdən üçü dərhal saxlanılıb və zorlamada ittiham ediliblər, qalan beş nəfər isə qaçmağa müvəffəq olub. Amma bu fakt qadının polis tərəfindən cəzaya məhkum olmasına mane ola bilməyib. Dini qanunları pozduğu üçün onu cəmiyyət qarşısında dəyənəklə döyülmə cəzası gözləyir.
“Həm qadın, həm də kişi seksual münasibətlər barədə dini müddəaları pozduqları üçün cəmiyyət qarşısında dəyənəklə döyülərək cəzalanacaqlar”, - Lanqsa şəhərinin şərq hissəsinin şəriət məclisinin başçısı deyib.
Onun sözlərinə görə, qadının zorlanması faktı nəzərə alınmayacaq. O deyib ki, cütlük əvvəllər də cinsi əlaqəyə girdiklərini etiraf ediblər, baxmayaraq ki, kişi evlidir və beş uşağı var.
Aliyə İsmayılzadə
www.oxu.az