ABŞ-də respublikaçı senator Rik Skott Birləşmiş Ştatların Latın Amerikası üzərində nəzarəti tam şəkildə ələ keçirməyi planlaşdırdığını bildirib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə o, "Fox Business" nəşrinə müsahibəsində deyib.
Rik Skottun sözlərinə görə, ABŞ Kuba və Nikaraquada qayda-qanun yaratmaq, Kolumbiyada isə yeni prezident seçilməsinə nail olmaq niyyətindədir.
ABŞ Prezidenti Donald Tramp Venesuela nümunəsində regionda kokain istehsalı səbəbindən bu həftə Kolumbiyada da mümkün hərbi əməliyyatı istisna etməyib.