İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveytdəki iki bazada ABŞ-nin hərbi obyektlərinə hücum edib.
Oxu.Az bu barədə İranın dövlət teleradioşirkətinə istinadən xəbər verir.
"İran ordusu pilotsuz uçuş aparatlarının köməyi ilə ABŞ terror ordusunun Əl-Udayri düşərgəsindəki sursat anbarına, həmçinin Küveytdəki əl-Salem bazasında yerləşən avadanlıq anqarlarına və şəxsi heyətinə zərbələr endirib", - deyə məlumatda vurğulanır.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qüvvələri Küveytdəki ABŞ bazalarına zərbələr endirdiklərini bəyan ediblər.
Oxu.Az bu barədə RBK-ya istinadən xəbər verir.
"Küveytdəki iki mühüm ABŞ bazası pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. ABŞ ordusunun Əl-Adyeridəki sursat anbarına, həmçinin Əl-Salem bazasındakı "Patriot" radarlarına və hava hücumundan müdafiə sistemlərinə kütləvi zərbə endirib", - deyə məlumatda bildirilir.
Hərbçilər bəyan ediblər ki, bu əməliyyat "düşmənin ardıcıl müdaxilələrinə, əziz həmvətənlərimizin həlak olmasına, həmçinin körpülərə, infrastruktura və mülki ərazilərə edilən hücumlara" cavabdır.
Təxminən bir saat əvvəl SEPAH, həmçinin Küveyt Milli Neft Şirkətinin filialına zərbə endirməyə nail olduğunu xəbər vermişdi.
İyulun 19-na keçən gecə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İrana qarşı növbəti zərbələr seriyasının başladığını elan etmişdi. Hərbçilər bunun, o cümlədən İordaniyadakı ABŞ hərbçilərinə edilən hücumlara cavab olduğunu bildiriblər.