Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

SEPAH-ın keçmiş komandanı: "Qəzzada atəşkəs olsa belə, İsrailə cavab verəcəyik"
HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən 18 gün keçib və İranın hökumət rəsmiləri İsrailə cavab verilməsinin vacibliyini vurğulayıblar, ancaq iki ölkə arasında birbaşa münaqişə baş verməyib.
Oxu.Az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.
Siyasi analitiklər hesab edirlər ki, İran hökuməti İsrailə cavab vermək niyyətindən əl çəkməyib və yaxın gələcəkdə ən azı bir hərbi əməliyyat təşkil edəcək.
"Yaxın Şərqdə münaqişənin başlamasından 10 ay keçib, ancaq İsrailin HƏMAS liderini öldürməsi İranın heç bir "qırmızı xətti"ni tanımaması deməkdir. Qəzzada atəşkəs olsa belə, biz İsraildən qisas alacağıq. Bununla bağlı qərar vermək hüququnu İran özündə saxlayır. Biz bu cavabı bu gün, sabah və ya istənilən vaxt verə bilərik", - deyə SEPAH-ın keçmiş komandirlərindən biri, İran parlamentinin Tehrandan olan millət vəkili general İsmayıl Kövsəri bildirib.
"İran" teqi üzrə xəbərlər
- Tramp İsrailin İrana zərbə endirməsinə mane olduğunu inkar etdi: "Mən onları saxlamamışam"
- İranda erkən nikahın qurbanı olan qadın öldürülüb
- Niderland səfiri İran XİN-ə çağırıldı
- Tehranda cümə imamı məcburi hicab xəbərdarlığı edərkən döyüldü
- İran nüvə böhranının həlli üçün ilk addımı atmağa hazırdır