"Rusiya dekabrın 5-dək yeni müqavilə təqdim etməsə, Serbiya digər təchizatçılardan qaz almağa məcbur olacaq".
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.
"Bizim bununla bağlı müqaviləmiz yoxdur. Bu həftənin cümə gününə qədər Rusiyadan yeni müqavilə təqdim olunmasa, dekabrın 8-də danışıqlara başlayacağıq və qazı başqa yerdən alacağıq", - deyə Vuçiç vətəndaşlara müraciətində deyib.
Onun sözlərinə görə, Belqrad müvafiq qərar üçün vəsait ayırıb, ona görə də məsələ mütləq öz həllini tapacaq.