Şimali Koreya Yapon dənizi istiqamətində növbəti dəfə ballistik raketin atışını həyata keçirib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, raket atışı Yaponiya hərbçiləri tərəfindən qeydə alınıb.
Raket atışı Yapon dənizində olan sualtı qayıqdan həyata keçirilib. Raket 500 km məsafəni qət edib.
BMT TŞ-nin qadağasına baxmayaraq, Şimali Koreya dəfələrlə ballistik raketlərin atışını həyata keçirir.
Cənubi Koreya Silahlı Qüvvələrinin qərargah rəislərinin birləşmiş komitəsinin bəyanatına əsasən, raket atışı yerli vaxtla saat 05:30-da (Bakı vaxtı ilə saat 01:00 radələrində) Xamgen-Namdo əyaləti, Sinpxo liman şəhərinin yaxınlığından həyata keçirilib.
Cənubi Koreya rəsmiləri isə hesab edir ki, raket atışı onların ABŞ hərbçiləri ilə birgə təşkil etdikləri hərbi təlimlərə cavab olaraq həyata keçirilib.