Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Şimali Koreya yeni raketin sınağını keçirdi
Koreya Xalq Demokratik Respublikası (KXDR) yanvarın 25-də sualtı bazalaşdırma və qurudakı hədəflərə zərbə endirmək üçün nəzərdə tutulmuş strateji qanadlı idarə olunan raketin uğurlu sınağını keçirib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.
Qeyd olunur ki, orta uçuş sürəti 720 km/saat təşkil edən raketlər təxminən 7.5 min saniyə ərzində 1.5 min km məsafə qət edərək hədəfləri vurub.
Nəşrdə qeyd edilir ki, sınaq qonşu ölkələrin təhlükəsizliyinə təsir göstərməyib.
"Sınaqlar "regionda dəyişən təhlükəsizlik vəziyyətinə uyğun olaraq potensial düşmənlərin strateji çəkindirmə effektivliyinin artırılmasına yönəlmiş dövlət müdafiə qabiliyyətinin qurulması planı"nın bir hissəsi olub", - deyə məlumatda vurğulanıb.
Buraxılışı ölkə lideri Kim Çen In müşahidə edib. O, Pxenyanın müharibənin qarşısını alma vasitələrini təkmilləşdirməyə davam edəcəyini bildirib.
"Biz bundan sonra da gücləndirilmiş hərbi qüvvələr əsasında uzunmüddətli və daimi sülhün, sabitliyin qorunması üçün öz mühüm missiyalırımızı, vəzifələrimizi həmişə məsuliyyətlə yerinə yetirəcəyik", - deyə o bəyan edib.
"KXDR (Şimali Koreya)" teqi üzrə xəbərlər
- Şoyqunun Şimali Koreya lideri ilə görüşü iki saatdan çox çəkib
- ABŞ yeni siyahı hazırlayır: Hansı ölkə vətəndaşlarının ölkəyə girişi tamamilə qadağan ediləcək?
- Kim Çen In nüvə silahından istifadəyə hazır olmaq üçün çağırış edib
- Kim Çen In Koreya yarımadasında hərbi gərginlik istəmir
- Birinə hücum olarsa, digəri hərbi yardım göstərəcək: Rusiya və KXDR arasında sazişin TƏFƏRRÜATI