Böyük Britaniya keçmiş casus Serqey Skripalın zəhərlənməsi işi ilə əlaqədar həmin maddənin nümunələrini Rusiyaya təqdim etmək məcburiyyətində deyil.
Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Britaniyanın BMT-dəki daimi nümayəndəsi vəzifəsinin icraçısı Conatan Allen bildirib.
Bundan əvvəl Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenza Rusiyanın Skripalın zəhərlənməsində əli olması ilə bağlı səslənən ittihamları rədd edib. Diplomat Rusiyanın insidentin araşdırılmasına hazır olduğunu deyib və bunun üçün Britaniyanın zəhərlənməyə səbəb olmuş maddənin nümunəsini Moskvaya təqdim etməyə çağırıb.
“Rusiya nümunələr barədə soruşur. Bir daha bu konvensiyanın onlara aydın olmamasından irəli gəlir. Cinayətin araşdırmasında nümunələrin mübadiləsi ilə bağlı Britaniyanın üzərinə heç bir öhdəlik düşmür. Konvensiyada belə bir müddəa yoxdur”deyə Allen bildirib.
00:53
Rusiya kimyəvi silahların qadağan olunması haqqında Konvensiyanın tələblərini pozub. Belə ki, “Noviçok” fəsiləsindən olan sinir-paralitik maddənin hazırlanması proqramını beynəlxalq ictimaiyyətdən gizlədib.
Oxu.Az “Life.ru”ya istinadən xəbər verir ki, belə bir ittiham BMT Təhlükəsizlik Şurasının “Skripal işi” üzrə keçirilən fövqəladə iclasında səslənib.
Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi vəzifəsinin icraçısı Conatan Allen Moskvaya qarşı sərt bəyanatla çıxış edib.
Onun sözlərinə görə, keçmiş kəşfiyyat polkovniki Serqey Skripal və onun qızı Yuliyanın zəhərlənməsində məhz sözügedən maddədən istifadə olunub.
23:43
Nyu Yorkda, BMT Təhlükəsizlik Şurasında Britaniya hökumətinin vəsatəti əsasında keçmiş rusiyalı casus Serqey Skripalın zəhərlənməsi ilə bağlı fövqəladə iclas keçirilir.
Oxu.Az xəbər verir ki, bu barədə Birləşmiş Krallığın “Twitter” hesabında məlumat yayılıb.
“Şura üzvlərinin Solsberidə sinir-paralitik maddə ilə törədilmiş hücumla bağlı araşdırma barədə məlumatlandırılması məqsədi ilə Böyük Britaniya BMT Təhlükəsizlik Şurasında fövqəladə iclas çağırıb” deyə məlumatda qeyd olunur.
İclas hal-hazırda davam edir.
The UK has called for an urgent meeting of the UN Security Council to update Council members on the investigation into the nerve agent attack in Salisbury. pic.twitter.com/jFQ2HA4JV0
— Foreign Office 🇬🇧 (@foreignoffice) 14 марта 2018 г.
F.M.
www.oxu.az
Rəylər