Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Smartfonlardan porsuq yununa qədər: Çinlə ticarət münaqişəsi amerikalılara necə təsir edəcək?
Çin ABŞ üçün elektronika və bəzi digər malların əsas təchizatçısıdır, buna görə ölkələrin qarşılıqlı rüsumlar tətbiq etməsi amerikalı istehlakçılara mənfi təsir göstərə bilər.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Bloomberg" agentliyi ABŞ Beynəlxalq Ticarət Komissiyasının 2024-cü il məlumatlarına istinadən xəbər verib.
Bildirilib ki, ABŞ-yə idxal olunan oyun konsollarının demək olar ki, 90%-i, smartfonların 70%-dən çoxu, həmçinin notbukların 66%-i Çinin payına düşür.
Bundan əlavə, Çin ABŞ-ni fırça istehsalı üçün lazım olan porsuq və digər heyvanların yunu ilə tam təmin edir.
Həmçinin ABŞ-yə idxal olunan tosterlərin, isidici adyalların, kalsiumun və zəngli saatların 99%-dən çoxu, çətirlər, termoslar, süni güllər və LED lampalarının 90%-dən çoxu Çindən gedir.
Xüsusilə həssas sahə kritik minerallar və nadir torpaq metallarıdır. 2024-cü ildə Çin şirkətləri ABŞ-də istehlak olunan skandium və ittriumun təxminən 80%-ni təchiz edib.
"Çində istehsal olunan mallara, demək olar ki, tam asılılıq bir çox amerikalı istehlakçıların və müəssisələrin ciddi nəticələrlə üzləşə biləcəyi deməkdir", - deyə ekspertlər vurğulayıblar.
"İdxal-ixrac rüsumları" teqi üzrə xəbərlər
- ABŞ Çin mallarına rüsumları azalda bilər
- "Honda Motor" şirkəti Kanadadan istehsalı köçürəcəyi ilə bağlı iddialara cavab verdi
- Ağ Ev hədələdi: Çindən idxal olunan mallara 245 faizə qədər rüsum tətbiq ediləcək?
- Çin nadir torpaq metallarının ixracını dayandırır: Avtomobil sektoruna yeni zərbə
- ABŞ-nin tətbiq etdiyi tariflər Almaniya üçün fəlakətlə nəticələnəcək