Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Çin rəsmisi: "Pekin Vaşinqtonun iqtisadi təzyiqi ilə barışmayacaq"
"Pekin Vaşinqtonun iqtisadi təzyiqi ilə barışmayacaq və öz maraqlarını müdafiə etməyə davam edəcək".
Oxu.Az xəbər verir ki, bu açıqlamanı brifinqdə Çinin Ticarət Nazirliyinin nümayəndəsi He Yuntsyan çıxış edib.
O, fikrinin davamında vurğulayıb ki, ticarət müharibəsində qalib olmur və proteksionizm (digər ölkələrdən idxalın məhdudlaşdırılmasına yönəlmiş iqtisadi siyasət - red.) heç bir nəticə verməyən yoldur.
"Əgər ABŞ öz yolunda israr edərsə, Çin sona qədər mübarizə aparacaq, biz ABŞ-nin hədsiz təzyiq və hədələrinə heç vaxt barışmayacağıq və hüquqlarımızı qorumaq üçün qətiyyətli tədbirlər görəcəyik", - deyə Çinin rəsmisi vurğulayıb.