"Barselona"nın vingeri Lamin Yamal Çempionlar Liqasında unikal uğura imza atıb.
Oxu.Az xəbər verir ki, 17 yaşlı futbolçu "Borussiya Dortmund"a qarşı 1/4 finalın ilk oyununa start heyətdə başlayıb. Bununla o, turnir tarixində 18 yaşadək futbolçular arasında 20 oyun keçirən ilk oyunçu olub. Bu barədə "Squawka" məlumat yayıb
Cari Çempionlar Liqasında Yamal 10 oyun keçirib, 4 qol vurub və 43 məhsuldar ötürmə edib.
Qeyd edək ki, "Barselona" - "Borussiya Dortmund" matçı meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.