Rusiyanın paytaxtı Moskva şəhərinin meri Sergey Sobyanin 28 illik ailə həyatına son qoyub.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, ayrılıq haqqında qərar anlaşmalı şəkildə verilib. Boşanmanın təfərrüatları açıqlanmır.
Sobyanin özü bu barədə xəbəri təsdiqləyib.
“Biz bir birimizə hörmət edirik və dost münasibətlərimizi saxlayırıq. Biz sisin anlayışınıza güvənirik və şəxsi həyatımıza hörmət etməyinizi xahiş edirik”, - deyə, o bildirib.
Cütlük 1986-cı ildə fevral ayının 23-də ailə qurub. Həmin ilin oktyabrında cütlüyün ilk övladı Anna doğulub. İkinci uşaq isə 1997-ci ildə anadan olub.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin də ötən il uzunmüddətli ailə həyatına son qoyaraq həyat yoldaşından ayrılmışdı.