Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Şolts 1980-ci illərdə istehsal edilmiş televizordan istifadə edir
Almaniya kansleri Olaf Şolts hələ də lampalı televizorundan istifadə edir.
Oxu.Az "Bild"ə istinadən xəbər verir ki, bu barədə o, Drezdendə elektrik avtomobillərinə həsr olunmuş tədbir zamanı deyib.
Məlumata görə, kansler elektrik nəqliyyatının inkişafı və yeni avtomobil növlərinə keçidin zəruriliyindən danışıb.
Şolts çıxışında etiraf edib ki, almanlar kifayət qədər mühafizəkardırlar və yeni avadanlıq almaqdan çəkinirlər. O qeyd edib ki, özü də cihazları dəyişməyə meyilli deyil və hələ də ötən əsrin 80-ci illərində istehsal edilmiş lampalı televizordan istifadə edir.
Kansler köhnə televizorun əla işlədiyini bildirib. O əlavə edib ki, yeni model görəndə fikirləşir ki, bir ildən sonra onsuz da köhnələcək, yenisi ilə əvəz olunacaq və bu baxımdan yeni cihaz almaq istəmir.
Şoltsun fikrincə, ölkə sakinləri də oxşar məntiqi rəhbər tutur və buna görə də elektromobil almaq istəmirlər.
Bununla yanaşı, kansler vurğulayıb ki, almanlar risk edib müasir avtomobillər almağa başlamalıdırlar.
"Olaf Şolts" teqi üzrə xəbərlər
- Almaniya hökuməti İSTEFAYA GEDİR
- Almaniya, Böyük Britaniya və Fransa liderlərinin müşavirləri ABŞ-yə yola düşüblər
- Almaniyada yeni hakimiyyət - Ukraynanın silahlanmasında çox fəal rol oynayacaq
- Braziliya prezidenti: "Rusiyalıların öldürülməsi üçün silah satmaq fikrində deyiləm"
- ABŞ Ukraynaya sülhməramlı kontingent göndərməyə hazırlaşır? - Tramp AÇIQLADI