Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Somalidə iki milyona yaxın uşaq acdır
“Somalidə təxminən 1,7 milyon uşaq qida çatışmazlığı ilə üzləşir, böyüklərin isə təxminən 40%-nin təcili yardıma ehtiyacı var”.
Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) direktor müavini Bet Bekdol ölkəyə səfərindən sonra bildirib.
“Somalidə hər beş nəfərdən ikisinin təcili tibbi yardıma ehtiyacı var. 1,7 milyon uşaq isə qida çatışmazlığından əziyyət çəkir”, - deyə o açıqlamasında söyləyib.
Qeyd edək ki, Somali 2023-cü ilin noyabrında güclü daşqınlarla üzləşib. BMT-nin məlumatına görə, təbii fəlakət 1,6 milyondan çox insana zərər vermiş ola bilər. Yüz minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb, 1,5 milyon hektara yaxın kənd təsərrüfatı sahəsi məhv olub. Ən qorxulu vəziyyət ölkənin cənubundakı Djubba çayı vadisində yaranıb. Vəziyyət ona görə mürəkkəbdir ki, zərər çəkmiş ərazilərin bəziləri hökumət tərəfindən deyil, “Əl-Qaidə” ilə əlaqəli “Əl-Şəbab” radikal qruplaşmasının nəzarətindədir.
Mənbə: TASS
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- Berlin Bakıya təşəkkür edir - "Kaspi"nin TƏHLİLİ
- BMT-də Azərbaycanın mina problemi ilə bağlı brifinq keçirilib
- EPF Ermənistan tərəfindən çayların çirkləndirilməsinə yol verilməməsi ilə bağlı çağırış edib
- Rəsmi Bakı Fransanın xarici işlər nazirinə CAVAB VERDİ
- Bakıda bir sıra obyektlər və memarlıq abidələri mavi rənglə işıqlandırılıb