Soyğunçuların Parisdəki Luvr muzeyindən oğurladıqları zərgərlik malları ilə qaçmasını əks etdirən görüntülər yayılıb.
Oxu.Az xəbər verir ki, görüntülər muzeyin binasından şahidlərdən biri tərəfindən çəkilib.
Görüntülərdə iki oğrunun muzeyə daxil olmaq üçün istifadə etdikləri yükqaldırıcı maşın ilə enmələri əks olunub.
İki oğru daha sonra skuterlər vasitəsilə hadisə yerindən uzaqlaşıblar.
Xatırladaq ki, Luvr muzeyi oktyabrın 19-da qarət olunub.
