Şri-Lankada hərbi helikopterin qəzaya uğraması nəticəsində altı hərbçi həlak olub.
Oxu.Az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.
Qeyd olunur ki, helikopter su anbarına düşüb. Qəza vaxtı helikopterdə on hərbçi olub.
Hələlik qəzanın səbəbi haqqında məlumat verilməyib.