Şri-Lankada qoruyucu dəbilqə istehsalı zavodunda baş verən yanğın nəticəsində azı beş nəfər ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mirror" məlumat yayıb.
Hadisə Kolombo şəhərindən 24 kilometr cənub-şərq istiqamətində yerləşən Xomaqama şəhərinin sənaye zonasında qeydə alınıb.
"Xinhua" agentliyinin yerli polisə istinadla verdiyi xəbərə görə, yanğın başlayan vaxt binanın daxilində 80-dən çox əməkdaş olub.
Yanğınsöndürmə işlərinə 10-a yaxın xüsusi texnika cəlb olunub və alovu nəzarət altına almaq mümkün olub. Xilasedici qruplar binada köməksiz vəziyyətdə qala biləcək şəxslərin tapılması üçün axtarış əməliyyatlarını davam etdirirlər.