Sudanda üç il davam edən müharibədə 8000-dən çox insan itkin düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi Beynəlxalq Qızıl Xaç Komitəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, insanların bir hissəsi qaçqın düşərkən yollarını itirib və ya döyüşlər zamanı yoxa çıxıblar.
Xartum ştatında itkin düşənlərin əksəriyyətinin adsız məzarlarda dəfn edildiyi güman olunur.
Məlumata görə, ötən il paytaxt Sudan ordusu tərəfindən hərbiləşdirilən qruplaşmalardan azad edildikdən sonra burada onminlərlə cəsəd tapılıb. Qeyd olunub ki, döyüşlər gedən ərəfədə cəsədləri qəbiristanlıqlarda dəfn etmək adətən çox təhlükəli idi. Buna görə də insanlar tapdıqları hər yerdə məzarlar qazırdılar.
"Associated Press" müxbirləri ötən ay ölülərin cəsədləri ilə dolu olan futbol meydançalarının və qəbiristanlıqların şahidi olublar. Fəaliyyətini dayandırmış yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı torpaq təpələrinin üzərində adlar və tarixlər yazılmış əldəqayırma lövhələr qoyulmuşdu, lakin onların bir çoxu naməlum olaraq qalırdı.