Suriya XİN-i ABŞ-ı və onun müttəfiqlərini hərbi cinayətkar adlandırıb.
Oxu.Az-ın məlumatəına görə, bu barədə Suriya XİN-in BMT-yə təqdim etdiyi məktubda bildirilir.
“Biz beynəlxalq ictimaiyyətdən bu qətliamı pisləməyi və koalisiyanın məsuliyyətə cəlb olunmasını təmin etməyə çağırırıq”, - deyə Suriya XİN-i qeyd edib.
Məktubda həmçinin koalisiyanın buraxılması tələb olunur.
Qeyd edək ki, koalisiyanın Suriya ordusuna hücumu nəticəsində 100-dək hərbçi həlak olub.
A.M.
www.oxu.az