ABŞ-ın keçmiş prezidenti Çorc Buş (kiçik), Rusiyanı Amerikanın daxili işlərinə, o cümlədən 2016-cı ildə keçirilmiş seçkilərə qarışmasında ittiham edib.
Oxu.Az-ın məlumatına görə, o, bu barədə Adu-Dabidə keçirilən Milken İnstitutunun elmi-tədqiqat mərkəzinin konfransında deyib.
Onun sözlərinə görə, Rusiyanın müdaxiləsi ilə bağlı “tamamilə aydın sübut”lar var. Amma Buş seçkilərin nəticəsinə məhz bu müdaxilənin nəticəsi təsir edib-etmədiyini açıqlamayıb.
“Xarici dövlətin seçkilərimizə qarışması, bu artıq problemdir”, - Buş bunu deyərək, Moskvanın atdığı addığı addımlarını “demokratiya üçün təhlükə” adlandırıb.
ABŞ-ın keçmiş prezidenti həmçinin Vladimir Putin haqqında düşüncələrini bölüşüb.
“Putin – gözəl bir taktikdir, o, qarşıdakının zəifliyini taparaq, ondan necə istifadə etmək lazım olduğunu yaxşı bilir”.
Buş bildirib ki, Putin SSSR-nin dağılmasından narazıdır, buna görə də, o, “Sovet hegemonluğunu” bərpa etmək istəyir.
“Putin, hər ikimizin qalib gəlməsi kimi düşünə bilmir. O yalnız belə fikirləşir, “Mən necə edim ki, udum, qarşımdakı isə uduzsun”, - Buş əlavə edib.
A.M.
www.oxu.az