Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Suriya hökuməti YPG-yə qarşı necə mübarizə aparacaq? - Problem "Haber Global"da müzakirə edilib
"Haber Global" televiziya kanalında Suriyada müvəqqəti hökumətin rəhbəri Əhməd əş-Şaraanın Türkiyəyə səfərinin bölgənin siyasi gündəliyinə təsirləri müzakirə edilib.
Oxu.Az xəbər verir ki, verilişdə iştirak edən ekspertlərin əsas müzakirə mövzusu Əhməd əş-Şaraa hökumətinin PKK terror təşkilatının Suriya qolu olan YPG-ni ("Xalqı Müdafiə Birliyi") zərərsizləşdirmək istiqamətində hansı addımları atacağı olub.
Verilişdə iştirak edən ekspert Güngör Yavuzarslan bildirib ki, hazırda Suriyanın şimalında fəaliyyət göstərən kürd administrasiyasının əsas məqsədi Dəməşqdə iqtidara gələn hökumətə üzdə loyal münasibət göstərmək, eyni zamanda, Suriya ordusunun kürdlərin yaşadıqları əraziyə daxil olmasının qarşısını almaq, nəticə etibarı ilə də daxili müstəqilliyi və silahlı qruplaşmaları qorumaqdır.

"Türkiyə" teqi üzrə xəbərlər
- Türkiyədə dəmir yolu xəttinin tikintisi zamanı FACİƏ
- "Survivor" şousunda kuryoz hadisə: Adada tikilən evlər hökumət tərəfindən söküldü
- Birinci xanımların geyim sirləri: Türkiyəli rəsmilərin modelyer-dizayneri ilə ÖZƏL MÜSAHİBƏ
- Ermənistanın Araz çayını çirkləndirməsi Tehranla İrəvan arasında ekoloji gərginlik yarada bilər
- KİV: "PKK qurultay keçirərək özünü buraxacaq"