Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Emin Əmrullayev: "Neftçi" Azərbaycan futbolunun simasıdır"
"Bu müqavilə "Neftçi"nin strateji inkişafı üçün önəmlidir".
Oxu.Az xəbər verir ki, bunu "Neftçi"nin İdarə Heyətinin üzvü Emin Əmrullayev klubun "Palms Sports" şirkəti ilə əməkdaşlıq müqaviləsi imzaladıqları tədbirdə deyib.
O, paytaxt təmsilçisinin dayanıqlı inkişafı üçün işlərin görülməli olduğunu bildirib:
"Neftçi" Azərbaycan futbolunun simasıdır. Hazırkı durum azarkeşlərin xoşuna gəlmir. "Neftçi"yə yalnız birinci yer yaraşır. Biz müvəqqəti yox, uzunmüddətli nəticənin arxası ilə düşəcəyik. Asan proses deyil, amma bütün bunlar klubun maliyyə dayanıqlılığından asılıdır. İnanıram ki, böyük qələbələri birlikdə qeyd edəcəyik".

Anar Həsənov
"Neftçi PFK" teqi üzrə xəbərlər
- "Əsas bayram yarışlarda qalib gələrkən olur" - Çempionlarımızdan Novruz təbriki
- Adil Hüseynov: "Ceyranbatan gölü ətrafında məşq etdiyimiz illəri xatırlayıram"
- "Neftçi"nin daha bir sabiq baş məşqçisi işsiz qaldı
- "Neftçi" 88 yaşını qeyd edir
- "Neftçi"nin sabiq qolkiperi səhhətində problem yarandığı üçün xəstəxanaya yerləşdirilib