Suriya ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.
Oxu.Az-ın “Al-Masdar”a istinadən verdiyi məlumata görə, buna səbəb ABŞ-ın Dəməşqə hava zərbələrinin endirilməsinə hazırlıqla bağlı yayılan xəbərlərdir.
Mətbuatda yayılan məlumatlarda bildirilir ki, ABŞ Fars körfəzinə “Sallivans” gəmisini, Qətərdəki aviabazaya isə B-1B strateji bombardman təyyarəsini göndərib.