Tanınmış ukraynalı müğənni Nastya Kamenskix pərəstişkarları ilə Bakı təəssüratlarını bölüşüb.
Oxu.Az-ın xəbərinə görə, müğənni öz YouTube kanalında Bakıda keçirilən “Jara-2018” beynəlxalq musiqi festivalı zamanı çəkilən videosunu yerləşdirib.
Videoda Nastya Kamenskix festivalın pərdəarxasını göstərib.
Müğənni qırmızı xalça üçün necə geyindiyini, şopinq və hətta dişlərini necə təmizlədiyini nümayiş etdirib.
Nastya Kamenskix “Jara”nın pərdəarxasını göstərdi - VİDEO