Suriyanın Palmira şəhəri yaxınlığında iki ABŞ əsgəri və bir amerikalı tərcüməçi öldürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə Pentaqonun ictimaiyyətlə əlaqələr üzrə köməkçi katibi Şon Parnell məlumat verib.
Onun sözlərinə görə, daha üç amerikalı hərbçi yaralanıb. Parnellin sözlərinə görə, ABŞ ordusu bölgədə İŞİD terror qruplaşmasına qarşı əməliyyatlara dəstək verir.
Suriyanın Homs əyalətinin mərkəzi hissəsində yerləşən Palmira şəhəri yaxınlığında baş verən atışmada iki Suriya və bir neçə ABŞ hərbçisi yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
Məlumata görə, silahlı şəxs birgə patrul zamanı hərbçilərə atəş açıb. O, hadisə yerində öldürülüb. Onun motivləri barədə heç bir məlumat verilməyib.
Hadisə səbəbindən Deyr-əz-Zor-Dəməşq magistral yolunda hərəkət müvəqqəti olaraq dayandırılıb.