Taliblər Əfqanıstanda Qərb dünyası ilə əlaqədar şəkilləri, o cümlədən 2020-ci ildə ABŞ-da polis tərəfindən öldürülən afroamerikalı Corc Floydun portretini boya ilə siliblər.
Divar rəsmləri həm Əfqanıstanın paytaxtında, həm də ölkənin digər yerlərində boyanır.
Söhbət xüsusilə, aktivist Omaid Şərifinin rəhbərlik etdiyi “ArtLord” yaradıcı qrupun əsərlərindən gedir. “ArtLords” rəssamları Corc Floydun öldürülməsi, həmçinin ABŞ və “Taliban” arasında 2020-ci il Doha müqaviləsi də daxil olmaqla, son on ilin əlamətdar hadisələrini qeyd edən bir çox graffiti yaradıblar.
You might be able to erase murals from the streets of #Afghanistan, you may be able to silence the voices in parts of the country for a while, but we will shout so loud that we will be heard. You wont be able to erase this from the memories and conscious of the world? #ISeeYou pic.twitter.com/IFAJXNEh90
— Omaid H. Sharifi-امید حفیظه شریفی (@OmaidSharifi) September 4, 2021
O da vurğulanır ki, Qərb dünyası ilə əlaqəli qraffitilər “Taliban” ideologiyasını dəstəkləyən yazılarla əvəz olunub.
Mənbə: “Fox News”