“Xayabusa-2” zondundan buraxılan Yaponiyanın iki mini robotu tarixdə ilk dəfə asteroidin səthində uğurlu eniş edib və alimlərə fotolar göndəriblər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Yaponiyanın Aerokosmik Tədqiqat Agentliyinin rəsmi saytında məlumat verilir.
Bir kiloqram çəkiyə malik iki MINERVA-II1 mobil tədqiqat robotu sentyabrın 21-də “Xayabusa-2” zondundan ayrılıblar.
Onlar yaxşı vəziyyətdədir və ən azı onlardan biri Ryuqu asteroidinin səthində hərəkət edir.
MINERVA-II1 tərəfindən lentə alınan fotolar robotların hərəkəti və günəş şüalarına görə bulanıq alınıb. Ümumilikdə agentlik üç foto dərc edib.
Rəylər