Bugünkü leysan yağışları Bakı sakinləri üçün bir sıra çətinliklər yaradıb. Bir neçə dəqiqə ərzində şəhərin mərkəzi küçələrini su basıb, vətəndaşların evlərinə və nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Sosial şəbəkələrdə bu gün çoxsaylı paylaşımlarla yadda qaldı – mərkəzi küçələrlə üzən avtobuslar, evlərdən suyu vedrələrlə boşaldan vətəndaşlar, suda qalan avtomobillər, “Gelendwagen”də möcüzəvi xilas və sairə...
Gün yadda qaldı. Lakin bu gün qeyri-adi və təkrarolunmaz deyildi. Yox, əgər “Gelendwagen” sürücüsünün nümunəvi hərəkətini istisna etsək, Bakıda adi bir payız günü idi (bəlkə də təsadüf olsa da, məhz bu gün payız Azərbaycana qədəm qoyub).
Cənubi Qafqazın lideri olan paytaxtda adi bir gün, müxtəlif küçələrin fotoları ötənilkilərdən yalnız tarixi ilə fərqlənirdi. Bakıda üzən avtobusları isə köhnə sovet fotolarında da görmək olar... Bu artıq digər hekayədir.
Əsas sual Bakının hər il suyun altında qalması ssenarisinin təkrarlanmasıdır. Hər il müxtəlif qurumların nümayəndələri oxşar bəyanatlarla çıxış edərək və “aylıq normadan artıq yağıntı”, “bu digər ölkələrdə də baş verir”, “təbiət insandan güclüdür” ifadələrindən istifadə edərək təbiəti günahlandırırlar.
Lakin hər kəsin başa düşdüyü kimi, əsas problem şəhər planının düzgün olmaması, kanalizasiya xətləri və mərkəzi kanalizasiya sisteminin yüklənməsi və yenidən qurulmasına ehtiyac olmasındadır. Hər şeyi təbiətin üstünə atmaq ən asan çıxış yoludur. Bəşəriyyət artıq neçə illərdir ki, bununla məşğuldur. Nə isə olan kimi günahkar təbiətdir, onların dəyişdirdiyi və istismar etdiyi təbiət.
Bəlkə, doğurdan da, məmurlar haqlıdır? Bütün günah təbiətdədir?
Lakin, təəssüf ki, faktlar əksini göstərir. Bu gün Bakının yağışdan sonra iflic olmasında təbiətin rolunu öyrənərkən, Londonda hava proqnozu ilə rastlaşdıq. Böyük Britaniyanın paytaxtında payızda demək olar ki, hər gün yağış yağır.
Belə ki, açıq şəkildə yerləşdirilən meteoroloji məlumata əsasən, Londonda bu gün səhər saat 07:00-dan 10:00 qədər yağış yağıb. Düz üç saat. Ümumilikdə 16 mm yağıntı düşüb. Amma heç bir İngiltərə KİV-i paytaxtda subasma ilə bağlı məlumat dərc etməyib.
İngilislərin bəxti gətirib, onlarda hətta təbiət ayrıdır. Bəli, siz deyəcəksiniz ki, onlarda cəmi 16 mm yağıntı qeydə alınıb, bizdə isə 21 mm, buna görə də Bakı suyun altında qalıb. Məsələnin mübahisəli tərəfi isə ondan ibarətdir ki, ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri bəyan etmişdilər ki, Bakı və Abşeron yarımadasında 59 mm yağıntı düşüb, aylıq normadan 150 faiz çox. Razılaşın ki, belə hesablamalarla 21 mm dəqiq aylıq normadan 120 faiz çox demək deyil, ən pis halda -35 faiz.
Yeri gəlmişkən, Bakıda yağıntının aylıq miqdarının göstəricisinin dəyişməsini müşahidə etmək əyləncəlidir. Belə ki, 2015-ci ildə Bakıda üç gün ərzində 20-30 mm yağıntı düşüb (ETSN-nin nümayəndələrinin sözlərinə əsasən), bu da aylıq normanın 86 faizini təşkil edib. Burada isə 21 mm və düz 122 faiz normadan çox. Günahkar təbiət, suyun altına qalan küçələr və kanalizasiyalar üzrə baş idarənin nümayəndəsinin “biz istəsək də, heç nə edə bilməzdik” kimi bəyanatı.
Rəylər