Tayvanın şimal-şərq sahillərində 5.1 bal gücündə zəlzələ qeydə alınıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Mərkəzi Meteorologiya İdarəsindən məlumat verilib.
Məlumata görə, hələlik dağıntı və ya xəsarət alanlar barədə məlumat yoxdur.
Bildirilir ki, zəlzələnin episentri dənizdə, İlan şəhərindən təxminən 41.7 kilometr cənub-şərqdə, 27.8 kilometr dərinlikdə yerləşib. Zəlzələnin ən böyük intensivliyi İlan və Hualyan bölgələrində qeydə alınıb. Yeraltı təkanlar həmçinin Taybey, Yeni Taybey, Taoyuan, Tayçjun və digər şəhərlərdə də hiss olunub.
Qaynar xətt:
(055) 224 12 12