Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Tbilisidə etirazçılar Daxili İşlər Nazirliyinin qarşısında aksiya keçiriblər
Tbilisidə xarici agentlər haqqında qanuna etiraz edənlər ölkənin Daxili İşlər Nazirliyinin qarşısında aksiya keçiriblər.
Nümayiş yerli telekanallar tərəfindən canlı yayımlanıb.
Etirazçılar bir neçə kilometr aralıda yerləşən Azadlıq meydanından Daxili İşlər Nazirliyinin binasına doğru yürüş ediblər. Onlar Daxili İşlər Nazirliyindən daha əvvəl həbs edilmiş bütün fəalların azadlığa buraxılmasını tələb ediblər. Nümayişçilər iddia ediblər ki, polis daha əvvəl Tbilisidə xarici agentlər haqqında qanun layihəsinə qarşı keçirilən mitinqlərdə bir neçə yüz nəfəri saxlayıb, təhlükəsizlik qüvvələri məhbusları hədələyir, məhkəmələr isə onlara pul cəriməsi təyin edir. Mitinq iştirakçıları təhlükəsizlik orqanlarından insanları bu şəkildə qorxutmağa son qoyulmalarını tələb ediblər.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin binasında vəziyyət sakitdir. Hadisə yerində gücləndirilmiş polis dəstəsi fəaliyyət göstərir. Daxili İşlər Nazirliyinin inzibati binasının yerləşdiyi Qulua küçəsi bağlanıb.
Xatırladaq ki, mayın 14-də Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" qanunu üçüncü oxunuşda qəbul edib və bundan sonra Avropa İttifaqı ölkənin təşkilata inteqrasiyasının dayandırılması təhlükəsi ilə bağlı sərt bəyanatlar verib.
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen bildirib ki, əgər Gürcüstanda demokratiyaya zərbə vurularsa, ABŞ Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar tətbiq edəcək.
Mənbə: TASS
"Xarici təsirin şəffaflığı haqqında" teqi üzrə xəbərlər
- Kobaxidze: "Gürcüstan hökuməti istənilən qanuna yenidən baxmağa hazırdır"
- ABŞ Gürcüstana yardım proqramını dayandırıb
- Jozep Borrelldən xəbərdarlıq: "Avropa İttifaqı Gürcüstana qapısını bağlaya bilər"
- ABŞ Gürcüstana qarşı viza sanksiyaları tətbiq edəcək
- Arçil Sixarulidze: "Gürcüstan Fransanın filialı deyil"