Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Telegram" bir ölkədə qadağan oluna bilər
Hindistan hakimiyyəti "Telegram" tətbiqi ilə bağlı araşdırmaya başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Moneycontrol" portalı məlumat yayıb.
Qeyd olunur ki, tətbiq qəsb və qumar kimi cinayət fəaliyyətləri ilə əlaqəyə görə bloklana bilər. Hindistan siyasətçiləri mesencer üzərində nəzarəti gücləndirməyə çağırırlar.
Şirkət ölkə qanunlarına əməl etdiyini iddia edir və Hindistanın tələblərinə riayət edilməsi üçün əməkdaş təyin edib, lakin yerli hökumət şirkətin ölkədə ofisinin olmadığını qeyd edir. Yoxlama ilə bağlı xəbərlər Pavel Durovun "Telegram"la əlaqədar cinayət fəaliyyətində şübhəli bilinərək Fransada həbsindən sonra ortaya çıxıb.
Xatırladaq ki, daha əvvəl Durovun həbsindən sonra bir neçə Fransa hökumət saytı kiberhücumlara məruz qalmışdı.
"Hindistan" teqi üzrə xəbərlər
- Hindistanda dəhşətli yanğın: Ölənlər arasında özünü binadan atanlar var
- Hindistanda futbol matçında qəribə hadisə: Arılar hakimlərə və azarkeşlərə HÜCUM ETDİLƏR
- Pakistanın müdafiə naziri: "Hindistanın cavabını gözləyirik"
- Hindistan və Pakistan sərhədində ardıcıl beşinci gecə atışma qeydə alınıb
- Fransa Hindistanı silahlandırır: 26 qırıcı verəcək