"Google" imtahan suallarının ehtimal olunan sızması səbəbindən mesencerin müvəqqəti bloklanmasından sonra "Telegram"ı Hindistan "Play Store"da aktivləşdirib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Times of India" məlumat yayıb.
Nəşrin verdiyi məlumata görə, "iPhone" istifadəçiləri tətbiqin "App Store"da görünməsi üçün "gözləməli olacaqlar".
Qeyd edək ki, Hindistan hakimiyyəti Milli Test Agentliyinin (NTA) tövsiyələrinə əsasən iyunun 16-dan iyunun 22-dək "Telegram"a girişi müvəqqəti məhdudlaşdırmışdı.
Agentliyin məlumatına görə, "Telegram" mesenceri üzərindən bir neçə kanal tibb üzrə ali məktəblərinə qəbul üçün Milli İxtisas Qəbul Testinin (NEET) saxta imtahan biletlərinin satışı və imtahanlarla bağlı dələduzluq sxemlərinin təşkili ilə məşğul olub. Hakimiyyət orqanları bildirib ki, tətbiqin quruluşu və iş prinsipinin spesifikası pozuntuların qarşısını almaq üçün tədbir görməyi çətinləşdirirdi.