Böyük Britaniyada seçkilərin nəticələrinin mühafizəkarlar üçün ürəkaçan olmamasına baxmayaraq, baş nazir Tereza Mey istefaya getməyə hazırlaşmır.
Oxu.Az xəbər verir ki, bu barədə BBC mənbəyə istinadən məlumat yayıb.
Mey saat 10:00-da (Bakı vaxtı ilə 13:00) onun rəhbərlik etdiyi Mühafizəkarlar partiyası üçün uğursuz başa çatan seçkilərin nəticələrinə dair bəyanat verəcək.
Bakı vaxtı ilə saat 10:30-a olan məlumata görə, Mühafizəkarlar partiyasının mandatlarının sayı 314, Leyborist partiyasında 261-dir. Üçüncü yerdə 35 mandatla Şotlandiya Milli partiyasıdır. Liberal-demokratik partiya 12, Demokratik yunionist partiyası 10 yer sahib olduğu halda, ən sağyönümlü partiya olan Müstəqillik partiyası bir yerə də sahib ola bilməyib.
S.S.
www.oxu.az