Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
"Tesla" böhrandadır: Şirkətin xalis mənfəəti iki dəfədən çox azalıb
2024-cü ilin nəticələrinə görə ABŞ-nin avtomobil istehsalçısı "Tesla"nın xalis mənfəəti iki dəfədən çox - 15 milyard dollardan 7.1 milyard dollara qədər azalıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə şirkətin mətbuat xidmətinin açıqlamasında bildirilir.
Belə ki, əməliyyat mənfəəti 20% azalıb, elektrik avtomobillərinin satışından əldə edilən gəlir 6% enərək 77.1 milyard dollar təşkil edib, ümumi gəlir isə 97.7 milyard dollar olub (bu da ötən illə müqayisədə bir faiz çoxdur).
Şirkət ilin sonuna qədər daha əlçatan elektrik avtomobil modellərini təqdim edəcəyini vəd edib. Onların istehsalı artıq bu yarımildə başlamalıdır.
Rəylər