Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Etibar Məmmədov: "Yaxın gələcəkdə kanalizasiya sisteminə qoşulmada ciddi problem olmayacaq"
"Yaxın gələcəkdə kanalizasiya sisteminə qoşulmada ciddi problem olmayacaq".
Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) sədrinin müşaviri Etibar Məmmədov deyib.
O bildirib ki, bu gün kanalizasiya sistemi bəlli ünvanlarda mərkəzləşdirilmiş şəkildə fəaliyyət göstərmir:
"Bakı şəhərinin kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı ADSEA-nın layihələri əlaqədar qurumlara təqdim olunub.
Bu məsələ Prezident İlham Əliyevin bilavasitə diqqətindədir.
Yaxın zamanlarda bu layihələrin icrası üçün böyük tunellərin kanalizasiya kollektorlarının inşası ilə bağlı artıq Dövlət proqramı qəbul olunacaq. Prezidentin tapşırığı ilə bu işə başlanıb".
Aygün Mirakif
"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA)" teqi üzrə xəbərlər
- Bakıda magistral yolu su basıb, sakinlər problemin həllini gözləyirlər
- Su təchizatı infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı layihənin icrasına nə vaxt başlanılacaq?
- "Kanalizasiya qoxusundan boğuluruq" - Suraxanıdan ŞİKAYƏT
- Maştağadakı su kanalında antisanitar vəziyyət yarandı
- İcra hakimiyyəti orqanlarının fevral ayında keçiriləcək vətəndaş qəbulunun CƏDVƏLİ