Texas ştatının (ABŞ) Fort Uort şəhərindəki Hiks hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Fox 4" telekanalı məlumat yayıb.
Məlumata görə, qəza yerində bir neçə yük maşını yanıb.
Qəzanın səbəbləri və mümkün tələfatla bağlı hələlik heç bir məlumat verilməyib.