“The Times” qəzeti Almaniya kanslerini “Avropa sabitliyinin qorunmasında oynadığı mərkəzi rola görə” “İlin adamı” seçib. Nəşr qeyd edib ki, “Merkel təhlükəli kişilərlə bol olan dünyada bizə lazım olan qadın”dır.
Həmçinin qeyd edilib ki, Merkel özünü “Soyuq müharibə”dən bəri Şərq və Qərb arasında ən təhlükəli geosiyasi böhran zamanı “əvəzsiz vasitəçi” kimi də göstərib.
Oxu.Az bu barədə Qazeta-ya istinadən xəbər verir.
Daha öncə isə Böyük Britaniyanın digər nəşri “The Guardian”da Merkelin “Rus ayısı”nı sakitləşdirdiyi və Avropanı birləşdirdiyi vurğulanıb.
Bundan başqa, xəbər verildiyi kimi “The Times”-ın versiyasına görə “İlin adamı” adının Ebola ilə mübarizə aparanlara veriləcəyi bildirilmişdi. Nominantların siyahısına Rusiya prezidenti Vladimir Putin də daxil idi. Həmçinin siyahıda İraq Kürdüstanının lideri Masud Barzani, Alibab Group şirkətinin təsisçisi Cek Ma, Apple şirkətinin rəhbəri Tim Kuk, ABŞ Milli futbol liqasının komissarı Rocer Qudill və amerikalı aktrisa və müğənni Teylor Svift daxil idilər. İki kollektiv nominant – Ebola ilə mübarizə aparanlar və Ferqüsonda etiraz edənlərin namizədliyi irəli sürülmüşdü.
Bundan başqa, xəbər verilmişdi ki, Ümumrusiya İctimai Fikrinin Öyrənilməsi Mərkəzinin apardığı sorğuya əsasən rusiyalıların fikrincə “İlin adamı” adına Rusiya prezidenti Vladimir Putin layiqdir, ikinci yerdə onlar Rusiyanın XİN Sergey Lavrovu, üçüncü yerdə isə baş nazir Dmitri Medvedevi görürlər.