Gələn ildən Bakıda köhnə sərnişin avtobusu qalmayacaq.
Oxu.Az xəbər verir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşı Əmrah Cəfərovun ANS PRESS-ə verdiyi məlumata görə, gələn ildən paytaxt mərkəzində, eləcə də kənar qəsəbələrdə işləyən köhnə avtobuslar da yenilənəcək.
“Hazırda paytaxtda 2000-ə yaxın sərnişin avtobusu xidmət göstərir. Onların 70%-i yenidir. Çoxu da “Daewoo” markalı avtobuslardır. Bu ilin sonunda Bakıya 50 ədəd Türkiyədə istehsal olunan “İsuzu” markalı avtobuslar gətirilib və istifadəyə verilib. Gələn il də qalan 30% köhnə avtobuslar yenilənəcək. Əsasən kənar qəsəbələrdə işləyən köhnə avtobuslar da tamam yenilənəcək”, - deyə, Əmrah Cəfərov bildirib.
E.Ə.
www.oxu.az