Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"TikTok" Avropa istifadəçilərinin məlumatlarını Çinə ötürüb
"TikTok" sosial şəbəkəsi Avropa İttifaqı (Aİ) istifadəçilərinin məlumatlarını qanunsuz şəkildə Çinə ötürdüyünə görə 530 milyon avro cərimələnib.
Oxu.Az xəbər verir ki, bu barədə İrlandiyanın Məlumatların Qorunması Komissiyası "Politico"ya məlumat verib.
Şirkət avropalı istifadəçilərin məlumatlarının qismən Çin serverlərində saxlanıldığını etiraf edib.
Daha əvvəl sosial şəbəkə rəhbərliyi avropalı və amerikalı istifadəçilərin məlumatlarının Çində saxlanılmadığını iddia edirdi. Lakin aprel ayında "TikTok" tənzimləyici orqana "bəzi məlumatların" həqiqətən də Çin serverlərində olduğunu bildirib. Qeyd olunub ki, guya şirkətin özü bu barədə ancaq fevralda xəbər tutub.
Tənzimləyici orqan "TikTok"un Aİ-nin şəxsi məlumatların qorunması qaydalarını pozduğunu qeyd edib.
"TikTok" teqi üzrə xəbərlər
- Televiziya aparıcısının adından pul qazanan şəxs ifşa edildi
- Bir azdan "Facebook"da heç kim qalmayacaq
- Ev dustaqlığına buraxılan tiktokerlərə niyə elektron qolbaq tətbiq edilməyib?
- Qadının fotolarını "TikTok"da yayacağı ilə hədələyən şəxsə cəza verildi
- 181 nəfərin "TikTok"da mənimsənilən pullarının bir qismi məhkəmə prosesində qaytarıldı