Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"TikTok"da YENİ FUNKSİYA
"TikTok" sosial şəbəkəsi adi fotoları dinamik effektlərlə maraqlı qısa videolara çevirən, süni intellektlə işləyən innovativ "TikTok AI Alive" alətini istifadəyə verib.
Oxu.Az xəbər verir ki, funksiya artıq "Stories" bölməsində mövcuddur və tərtibatçıların fikrincə, platforma istifadəçiləri üçün yaradıcı ifadə üçün misilsiz imkanlar açır.
"AI Alive" istifadəçilərə təbii hərəkət, səs və atmosfer effektləri əlavə etməklə statik şəkillərə sanki nəfəs verir. "TechCrunch"ın qeyd edib ki, texnologiya, həmçinin fotoşəkildə hər bir iştirakçının üz ifadələrini və emosiyalarını vurğulayaraq qrup selfilərini "canlandıra" bilər.
Hazırda bu funksiya "Story Camera"ya inteqrasiya olunub - istifadəçi "Stories" albomundan foto seçə, sonra isə redaktə interfeysindəki xüsusi işarədən istifadə edərək "AI Alive"i aktivləşdirə bilər. Proses, hətta yeni başlayanlar üçün də sürətli və intuitivdir.
"TikTok" teqi üzrə xəbərlər
- "TikTok"da ən çox izləyicisi olan bloqer saxlanıldıqdan sonra ABŞ-ni tərk etdi
- Kameralar qarşısında kosmetika yeyən bloqer öldü
- "TikTok" gənclər arasında yayılan populyar trendi qadağan etdi
- Bakıda polis qadınları "TikTok"da şantaj edən şəxsi saxlayıb
- "TikTok" ABŞ-də işçilərinin ixtisarını davam edir