Hindistanda toy mərasimində alov şousu az qala faciəyə səbəb olacaqdı.
Oxu.Az “Ren” TV-yə istinadən xəbər verir ki, toy zamanı qonaqlardan biri ağzına neft alıb və təhlükəli alov şousu göstərmək istəyib.
Onun ilk cəhdi uğurlu alınıb. Növbəti cəhd zamanı isə alov onun sifətini yandırıb. Ətrafdakılar alovu əlləri ilə söndürməyə çalışsa da, cəhdlər nəticə verməyib. Bu zaman qonaqlardan biri su gətirib və alovu söndürmək mümkün olub.
Şou göstərən şəxs müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.
Toyda şou az qala faciəyə səbəb olacaqdı - VİDEO
Rəylər