Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Tramp ABŞ-nin diplomatik nümayəndəliklərinin sayını azaldacaq
Donald Tramp ABŞ Dövlət Departamentinin işçilərinin sayını və ABŞ-nin diplomatik nümayəndəliklərinin sayını kəskin şəkildə azaltmağı, həmçinin xarici siyasət idarəsinin səlahiyyətlər dairəsini daraltmağı planlaşdırır.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Politico" qəzeti mənbələrə istinadən xəbər verib.
Nəşrin yazdığına görə, D.Tramp Dövlət Departamentinin hökumət anlaşmalarının bağlanmasına, ABŞ-nin təhlükəsizliyinin təmin edilməsinə və ölkəyə xarici investisiyaların cəlb edilməsi üzrə işlərə fokuslanmasını istəyir.
Tramp Administrasiyası həmçinin demokratiyanın təşviqi, insan haqlarının müdafiəsi və elmi tədqiqatların dəstəklənməsi üçün cavabdeh olan departamentlərin ixtisar edilməsini, yaxud ləğv edilməsini nəzərdə tutur.
Qəzetin məlumatına görə, ABŞ Dövlət katibi Marko Rubio Amerika diplomatik nümayəndəliklərinin əhəmiyyətli sayda ixtisar edilməsinə razıdır. Xüsusilə Renn, Lion, Strasburq, Bordo, Düsseldorf, Leypsiq, Hamburq, Florensiya, Ponta-Delqada və Belu-Orizonti şəhərlərindəki konsulluqların bağlanması gözlənilir.
"Bu dəyişikliklər Dövlət Departamentində tarixi yenidənqurma ilə nəticələnəcək", - deyə mənbə qeyd edir.
Eyni zamanda vurğulanır ki, Tramp bu planları ABŞ-də Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) və onun işinə nəzarət edən sahibkar İlon Maskın təsiri ilə hazırlayır.
"Donald Tramp" teqi üzrə xəbərlər
- Bakı sakinləri Rusiya-Ukrayna müharibəsinin gedişatı ilə bağlı nə düşünürlər?
- Tramp: "Həftəsonu Ukrayna nizamlanmasında böyük irəliləyiş əldə edilib"
- 60 amerikalı Azərbaycana qarşı HƏRƏKƏTƏ KEÇDİ: "Bakıya hücum" əmri verənlər İFŞA EDİLDİLƏR
- Tramp Zelenskiyə hədə-qorxu gəldi
- Taxıl sazişi üzrə görüşün mümkün yeri məlum olub