Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Şəhriyar Məmmədyarov dünya reytinqində 11-ci oldu
Beynəlxalq Şahmat Federasiyası (FIDE) şahmatçıların mart üçün dünya reytinqini dərc edib.
Oxu.Az xəbər verir ki, siyahıda Azərbaycan şahmatçılarından ən yaxşı göstəriciyə Şəhriyar Məmmədyarov malikdir.
Doqquz pilləlik sıçrayışa imza atan qrossmeysterimiz 2748 xalla 11-cı pillədə qərarlaşıb. Üç addım geriləyən Teymur Rəcəbov (2692) 35-ci sırada yer alıb. Dörd pillə irəliləyən Rauf Məmmədov (2657) 67-cidir.
Cədvələ 2833 xalla norveçli Maqnus Karlsen başçılıq edir.
Qadınların cədvəlində ən yaxşı təmsilçimiz isə dəyişib. İki pillə geriləyən Gövhər Beydullayeva (2400) 43-cü yerə ensə də, ölkənin birincisi olub.
Buna səbəb Günay Məmmədzadənin 15 pilləlik geriləməsidir. O, 2396 xalla 51-cidir. Ülviyyə Fətəliyeva (2387) yeddi addım yüksələrək 57-ci pillədə qərarlaşıb. Xanım Balacayeva (2358) dörd pillə irəliləyərək 85-ci olub.
Qadınların reytinq cədvəlinə çinli Yufan Hu başçılıq edir - 2633 xal.
"Beynəlxalq Şahmat Federasiyası (FIDE)" teqi üzrə xəbərlər
- Beynəlxalq Şahmat Federasiyası mükafat fondunu 625 min dollara yüksəltdi
- Kişilər arasında şahmat üzrə qitə çempionatının mükafat fondu AÇIQLANDI
- FIDE-dən Karlsenin turnirində iştirak edən şahmatçılara ULTİMATUM
- Maqnus Karlsen Beynəlxalq Şahmat Federasiyasının prezidentinin istefasını tələb edib
- 14 yaşlı rusiyalı şahmatçı dünya reytinqində birinci olan norveçlini məğlub edib