Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Tramp ABŞ tarixinin ən pis səhvini açıqladı
ABŞ prezidenti Donald Tramp ölkəsinin bütün tarixi boyunca buraxdığı ən pis səhvi açıqlayıb.
Onun sözlərinə görə, bu, Corc Buş tərəfindən ABŞ qoşununun Yaxın Şərqə yeridilməsidir.
Oxu.Az xəbər verir ki, o, bu fikirləri “The Hill” nəşrinə müsahibəsində dilə gətirib.
“Obamanın əsgərləri oradan çəkməsi yanlış idi, ancaq fikrimcə, ən böyük səhv qoşunun oraya yeridilməsi idi. Bu, ABŞ tarixinin ən pis səhvidir”, - Tramp bildirib.
O əlavə edib ki, ABŞ Yaxın Şərqdəki əməliyyatlara yeddi trilyon dollar xərcləyib, hər iki ölkənin insan itkisi isə milyondan çoxdur.
“Milyonlarla həyat...”, - prezident qeyd edib.
Pentaqonun məlumatına əsasən, ABŞ İraq, Əfqanıstan və Suriyada 2001-2018-ci illərdə 1,52 trilyon dollar xərcləyib. Ancaq Braun Universiteti bu rəqəmin 5,6 trilyon olduğunu bildirib.
Oxu.Az yeniləndi!
"Donald Tramp" teqi üzrə xəbərlər
- Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər
- Tramp cinayət keçmişi ilə vəzifəyə gələn ilk ABŞ prezidenti olacaq
- Tramp Putinin onunla görüşmək istədiyini bildirib
- "Google" Trampın andiçmə mərasiminə 1 milyon dollar ianə edib
- "Haber Global"da Trampın Kanada, Panama və Qrenlandiya ilə bağlı iddiaları müzakirə edilib
Rəylər