"Qoşunlarının Əfqanıstandan çıxarılması ABŞ tarixində ən biabırçı gündür".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu fikri ABŞ prezidenti Donald Tramp bildirib.
"Düşünürəm ki, bu, ölkəmizin tarixində ən biabırçı gün idi və biz belə bir şeyin bir daha təkrarlanmasına imkan verməyəcəyik", - o, Qətərdəki Əl-Udeyddəki ABŞ hərbi bazasında çıxış edərkən bildirib.
Xatırladaq ki, 14 aprel 2021-ci ildə ABŞ-nin ozamankı prezidenti Co Bayden Əfqanıstanda ABŞ tarixində ən uzun xarici hərbi kampaniyaya çevrilən əməliyyatı dayandırmaq qərarına gəldiyini açıqlayıb. ABŞ bu müharibəyə 2001-ci ilin oktyabrında başlayıb.