ABŞ-nin 46-cı prezidenti Co Bayden tərəfindən avtomatik qələmlə imzalanan bütün sənədlər ləğv ediləcək və etibarsız sayılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "TruthSocial" sosial media platformasında yazıb.
O, Baydenin bütün sənədlərin təxminən 92%-ni məhz avtoqələmlə imzaladığını aydınlaşdırib.
"Yuxulu Co Baydenin avtoqələmlə imzaladığı istənilən sənəd ləğv edilir və artıq heç bir qüvvəyə malik deyil", - deyə Tramp bildirib.
