Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Tramp Kanada məhsullarına yeni tariflər tətbiq edib
ABŞ Prezidenti Donald Tramp Kanada məhsullarına yeni tariflər tətbiq edib.
Oxu.Az xəbər verir ki, bu barədə Tramp "Truth Social"dakı hesabında yazıb.
Ağ Evin rəhbəri bildirib ki, yeni tariflər martın 12-dən qüvvəyə minəcək.
O, Ticarət Nazirliyinə indiyədək Kanadadan gətirilən məhsullara tətbiq olunan 25 faizlik gömrük rüsumlarını 50 faizədək artırmağı tapşırdığını açıqlayıb.
Donald Tramp indiyədək Kanadanın ABŞ-dən olan fermerlərə tətbiq etdiyi 250-390 faizlik idxal tarifinin azaldılmasını tələb edib.
Tramp açıqlayıb ki, növbəti mərhələdə, daha dəqiq aprelin 2-dən etibarən ölkə ərazisinə daxil olacaq avtomobillərə görə müəyyənləşdirilən rüsumlar əhəmiyyətli dərəcədə artırılacaq.
ABŞ lideri rəsmi Vaşinqtonun Kanadaya ayrılan 200 milyard dollar həcmindəki subsidiyaların dayandırılacağının anonsunu verib və bildirib ki, bu ölkənin yeganə xilas yolu 51-ci ştat qismində ABŞ-nin tərkibinə qoşulmasıdır:
"Bu, tariflərlə bağlı mövcud olan bütün problemləri həll edə və Kanadanın istər hərbi, istərsə də digər sahələrdə təhlükəsizliyini təmin edə bilər. Həmin addım dünyanın ən güclü dövləti olan ABŞ-nin daha əzəmətli dövlət olmasına şərait yaradacaq. Uzun illər əvvəl süni şəkildə həyata keçirilən parçalanma siyasəti də beləcə aradan qalxacaq".
"Donald Tramp" teqi üzrə xəbərlər
- Tramp: "Putinə zəng edəcəyəm"
- Pezeşkian Trampa sərt cavab verdi: "Nə qələt edirsən, et!"
- Trampın inaqurasiyasında iştirak etmiş milyarderlər 209 milyard dollar itiriblər
- Trampın Yaxın Şərq siyasəti: Azərbaycan amili və dünya yəhudiliyinin yeni təşəbbüsü
- Baydenin dövründə ABŞ büdcəsi nə qədər itirib? - İlon Mask böyük məbləğ AÇIQLADI