Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Tramp Kanadanı ABŞ-nin 51-ci ştatına çevirməkdə israrlıdır
ABŞ Prezidenti Donald Tramp Kanadanı ölkənin 51-ci ştatına çevirməkdə israrlıdır.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, o, növbəti dəfə bu barədə Şimali Karolinada jurnalistlərə açıqlamasında deyib.
"Mən Kanadanın 51-ci ştat olmasını görmək istərdim. Əgər bu baş versə, Kanada vətəndaşları böyük bir vergi güzəşti əldə edəcəklər. Onların hazırda çox yüksək vergiləri var", - o bildirib.
Tramp həmçinin ordu ilə bağlı da müəyyən güzəştlərin tətbiq olunacağını deyib.
Qeyd edək ki, ABŞ prezidenti dəfələrlə oxşar fikirlər səsləndirib. O, sonuncu dəfə yanvarın 6-da Kanadanı ölkəsinin 51-ci ştatı olmağa çağırıb.
"Donald Tramp" teqi üzrə xəbərlər
- ABŞ biznesmenləri xarici ölkələrin məmurlarına rüşvət verə biləcəklər - Trampdan əmr
- Tramp ABŞ-nin ən korrupsiyalaşmış ştatının adını açıqladı
- Tramp Baydenin daha bir qərarını "məntiqsiz" elan etdi: Kağız əvəzinə plastik istifadə olunacaq
- Paşinyanla Makron nələri müzakirə ediblər? - SALAM BAKU
- Amerika xalqı Trampı dəstəkləyir: Əsas da budur!
Rəylər