ABŞ Prezidenti Donald Tramp administrasiyası Malidə fəaliyyət göstərən "İslam və Müsəlmanlara Dəstək Qrupu"na qarşı hərbi əməliyyat keçirmək imkanını nəzərdən keçirir.
Oxu.Az xəbər verir ki, bu barədə "The Washington Post" ABŞ-nin hazırkı və sabiq rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ rəhbərliyi daxilində belə bir əməliyyatın zəruriliyi ilə bağlı fikir ayrılığı mövcuddur. Güc tətbiqinin əsas tərəfdarlarından biri Ağ Evin Milli Təhlükəsizlik Şurasının terrorizmlə mübarizə üzrə direktoru Sebastyan Qorka hesab olunur.
Pentaqon məsələ ilə bağlı şərh verməyib. Ağ Ev isə Donald Trampın belə bir əməliyyatın keçirilməsi barədə yekun qərar verib-vermədiyini açıqlamayıb.
ABŞ administrasiyası bildirib ki, Vaşinqton Afrika ölkələrini terror qruplaşmalarına qarşı mübarizədə hərbi imkanlarını gücləndirmək məqsədilə ABŞ istehsalı olan avadanlıq və xidmətlərdən istifadə etməyə çağırır.